Ərbəin zəvvarlarına tibbi xidmət göstəriləcək

Ərbəin zəvvarlarına tibbi xidmət göstəriləcək

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İmam Hüseyn (ə) hərəmi Ərbəin ziyarətində zəvvarlara maska ​​paylamaq və müxtəlif sağlamlıq xidmətləri göstərmək üçün hərəmin müxtəlif girişlərində xüsusi qrupların yerləşdirildiyini açıqlayıb.

İmam Hüseyn (ə) hərəminin baş katibinin müavini Əfzəl əş-Şami, “Nun” xəbər agentliyinə verdiyi müsahibədə, İmam Hüseynin(ə) müqəddəs hərəminin Kərbəla zəvvarlarına ən yaxşı xidmətləri, xüsusən də tibbi xidmətlər göstərməyi nəzərdə tutduğunu söyləyib.

O, əlavə edib ki, İmam Hüseyn zəvvarlarına 24 saat xidmət göstərmək üçün çox sayda maska ​​hazırlanıb və 700 tibb işçisi nəzərdə tutulub.

Əş-Şami həmçinin qeyd edib ki, fövqəladə hallarda ən yaxın nöqtəyə çatdırılma üçün xüsusi nəqliyyat vasitələri də hazırlanıb.

Bu həftə İraqdakı Ərbəin qərargahının məlumat və media komitəsinin rəhbəri Məhəmməd Əli Ənuşə, İraq hökumətinin tam hazır olduğunu və müxtəlif xidmət sahələrini; sağlamlıq, təhlükəsizlik, sosial və rifah şöbələrini çoxaltdığını və xarici zəvvarların möhtəşəm beynəlxalq Ərbəin mərasiminə asanlıqla və tez çata bilmələri üçün Nəcəf Əşrəf və Bağdad hava limanlarında keçid xətlərini artırdığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − ten =