Ərbəin zəvvarlarını hədəf alan terror planının qarşısı alındı
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraq Silahlı Qüvvələri Komandanlığının sözçüsü terrorçuların Bağdaddakı Ərbəin zəvvarlarını hədəf alma planının pozulduğunu açıqladı.
Əl-Sumariyyə-yə istinadən bildirilir ki, İraq Silahlı Qüvvələri Komandanlığının sözçüsü Yəhya Rəsul dünən axşam verdiyi açıqlamada terrorla mübarizə qüvvələrinin Bağdadın şimalında misilsiz bir əməliyyat keçirərək imam Hüseynin (ə) Ərbəin zəvvarlarını hədəf almağa yönəlmiş bir terror əməliyyatının qarşısını aldığını deyib.
Açıqlamada Ərbəin zəvvarlarını hədəf almaq üçün terror əməliyyatı keçirməyə cəhd edən iki intiharçının qarşısının alındığı bildirilib.
İntiharçıların tutulması əməliyyatının bir sıra dəqiq məlumatlar və anti-terror qüvvələrinin böyük səylərinə əsaslandığı da vurğulanıb.