Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün 20000 təhlükəsizlik qüvvələri iştirak edir

Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün 20000 təhlükəsizlik qüvvələri iştirak edir

İraq Ordusu Komandanlığının Kərbəla vilayətindəki İnformasiya Departamenti Ərbəin Hüseyninin (s.ə.s.) yürüşünün təhlükəsizliyini təmin etmək üçün 20 min təhlükəsizlik qüvvəsinin iştirak etdiyini açıqlayıb.

“Kərbəla əməliyyatları” komandanlığında İraq ordusunun informasiya departamentinin direktoru, polkovnik “Fahim Əl-Kəriti bu gün (şənbə) media ilə söhbətində İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının təhlükəsizliyin təmin edilməsində 20 min təhlükəsizlik və hərbi qüvvənin iştirakını açıqlayıb.

Məvazin News saytının məlumatına görə, o, həmçinin Ərbəin ziyarətinin təhlükəsizlik planında ordu döyüşçüləri və helikopterləri, pilotsuz uçuş aparatları və termal kameralardan da istifadə edildiyini bildirib. Onun sözlərinə görə, ordu qüvvələri bir müddət əvvəl Kərbəla ətrafından Əl-Ənbar səhrasına qədər olan ərazilərin təmizlənməsi və təhlükəsizliyinin təmin edilməsinə başlayıb.

Polkovnik Fahim əl-Kəriti daha sonra bildirib ki, ordu və təhlükəsizlik qüvvələri yolların təhlükəsizliyini təmin etməklə yanaşı, zəvvarlara xidmət göstərmək üçün də çalışacaqlar.

Bu il üçün təhlükəsizlik planının daha səmərəli olacağına işarə edən Əl-Kəriti deyib: “Təhlükəsizlik əməliyyatının məqsədi təhlükəsizliyi və sabitliyi qorumaq, axtarışda olan şəxslərin və terrorçu ünsürlərin ətraf səhradan bölgəyə sızmasının qarşısını almaqdır.”

Digər tərəfdən, Həşdi Şəbi təşkilatında “Mərkəzi Fərat” əməliyyatının komandanı Əli Əl-Həmdani də bu hərbi-xalq təşkilatının ordu və polis komandanlığı ilə razılaşdırılmış şəkildə Ərbəin zəvvarlarının təhlükəsizliyinin təmin edilməsində iştirak edəcəyini bildirib.

Onun sözlərinə görə, Həşdi Şəbi 35 km mənzilli 12 termal kamera quraşdıracaq və 150 km və 30 km məsafəyə malik pilotsuz uçuş aparatlarından istifadə edəcək, həmçinin bu təşkilatın qüvvələri təhlükəsizliyi təmin etməklə yanaşı ziyarətçilərə xidmət göstərmək üçün əksər mərkəzlərdə yerləşdiriləcək.

Bununla əlaqədar avqustun 23-də İraq Kəşfiyyat Təşkilatı Babil vilayətinin şimalında partlayıcı maddələrlə birlikdə İŞİD terrorçularının sığınacağının aşkar edildiyini açıqlayıb və terrorçuların İmam Hüseynin Ərbəin mərasimi zamanı terror aktı planlaşdırdıqlarını bildirib. Avqustun 18-də İraq ordusu Diyala əyalətində İmam Hüseyn (ə) zəvvarlarına qarşı terror əməliyyatının zərərsizləşdirildiyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 17 =