Ərbil əməliyyatında ABŞ-ın iki hərbi təyyarəsi məhv edildi

Ərbil əməliyyatında ABŞ-ın iki hərbi təyyarəsi məhv edildi

ABŞ-ın İraqdakı hərbi qüvvələri çərşənbə axşamı səhər Ərbilə endirilən raket hücumunda ən azı yeddi nəfərin öldüyü və yaralandığını elan edib.

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İraqdakı beynəlxalq koalisiya qüvvələrinin sözçüsü polkovnik Veyn Maroto Twitter-də yazıb: “İlkin məlumatlar, Ərbildəki koalisiya qüvvələrinə qarşı qəfil bir hücumun baş verdiyini göstərir. Bir podratçı ölmüş, beş podratçı və bir Amerika əsgəri isə yaralanıb.”

Maroto, hadisə ilə bağlı daha çox məlumat və təfərrüat üçün zaman lazım olduğuna da söyləyib.

“Sabirin News” teleqram kanalı isə Amerikanın Ərbil bazasına qarşı həyata keçirilən raket əməliyyatı zamanı Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) məxsus bir təyyarənin ciddi ziyan gördüyünü və bir MQ-1C dronunun məhv edildiyini xəbər verib.

“Sabirin News” bu məlumatda tikə tikə olmuş bir çavuşun helikopterlə Eynul-Əsəd bazasına köçürülməsini də xəbər verib.

Yeni yaradılan İraq müqavimət qrupu “Saraya Ovliya Əd-Dəm”, bundan əvvəl Amerikalı işğalçıların İraqın heç bir yerində təhlükəsiz olmayacağını söyləyərək, Ərbilə edilən hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 10 =