Ərdoğan 10 ölkənin yəhudi ravvinlərini topladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Yəhudi İcması və İslam Ölkələri Ravvinlər İttifaqının üzvlərini qəbul edib.
Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Ankarada Prezident İqamətgahında Prezident Ərdoğan İstanbul, Cənubi Kipr Türk Respublikası, Azərbaycan, İran, Özbəkistan, Albaniya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Rusiyadan olan baş ravvin və ravvinləri qəbul edib.
Görüşdə Türkiyə Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.