Ərdoğan admiralların üsyankar bəyanatından sonra NK-nin fövqəladə iclasını çağırıb

Ərdoğan admiralların üsyankar bəyanatından sonra NK-nin fövqəladə iclasını çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təqaüddə olan bir qrup hərbçinin siyasi bəyanatında sonra bu gün Nazirlər Kabinetinin fövqəladə iclasını çağırıb.

Nazirlər Kabineti yerli vaxtla saat 15.00-də toplanacaq.

Nazirlər Kabineti iclasından sonra Ərdoğan açıqlama verəcək.

Saat 18.00-da isə Türkiyə lideri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi icraiyyə komitəsində görüş keçirəcək.

Türkiyədə təqaüddə olan bir qrup hərbçinin siyasi bəyanatı ilə bağlı Ankara Baş prokurorluğu Türkiyə Cəza Qanununun 316-cı maddəsinə uyğun olaraq istintaqa başlayıb. İstintaq çərçivəsində bu gün 14 admiralin saxlanılmasına order verilib. Onlardan 10-u saxlanılıb.

Hərbçilərin  “Montrö Sazişi” ilə bağlı siyasi bəyanatı ölkənin ali hakimiyyət orqanlarının rəhbərləri tərəfindən “dövlət çevrilişinə cəhd çağırışı” kimi dəyərləndirilib.

Qeyd edək ki, 1936-cı il 20 iyulda Montrö Boğazlar Müqaviləsi imzalanıb. Bu müqavilə ilə İstanbul və Çanaqqala boğazlarının nəzarəti tamamilə Türkiyəyə keçib.

Barış zamanı bütün sərnişin gəmilərinə keçid haqqı verən razılaşma ilə Qara dənizə sahili olmayan ölkələrin döyüş gəmilərinin keçidlərinə isə məhdudlaşdırma gətirilib.

Keçmiş hərbi dəniz donanması komandirlərinin yer alan 103 istefada olan hərbçinin yaydığı bəyanatda “Montrö sazişi”nin pozulması təhlükəsilə əlaqədar etiraz edilir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =