Ərdoğan: Biz İsrail Prezidentinin Türkiyəyə səfərinə önəm veririk

Ərdoğan: Biz İsrail Prezidentinin Türkiyəyə səfərinə önəm veririk

Türkiyə Prezidenti Ankaranın Səudiyyə Ərəbistanı ilə münasibətləri gücləndirmək istədiyini bildirib və əlavə edib ki, Türkiyə İsrail Prezidentinin Ankaraya növbəti səfərinə hazırlaşır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün (çərşənbə axşamı) Konqo Demokratik Respublikasından Seneqala uçarkən müxtəlif mövzular, o cümlədən, Ankara-Ər-Riyad əlaqələri, həmçinin Türkiyə-Sionist münasibətləri barədə jurnalistlərə açıqlama verib.

Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyə Prezidenti ilk olaraq bu ölkənin Səudiyyə Ərəbistanı ilə münasibətlərini yaxşılaşdırmaq istədiyini açıqlayıb.

Rəcəb Tayyib Ərdoğan ötən il Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə telefon danışığına, eləcə də Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ər-Riyada səfərinə və səudiyyəli həmkarı Feysal bin Fərhanla görüşünə də toxunub.

“Biz Səudiyyə Ərəbistanı ilə əlaqələrimizi gücləndirmək istəyirik və yaxın gələcəkdə Səudiyyə Ərəbistanı ilə müsbət dialoqa doğru konkret addımlar atmaq niyyətindəyik.” deyə, – Ərdoğan əlavə edib.

Çıxışının digər hissəsində İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə gözlənilən səfərinə toxunaraq, Türkiyənin bu səfərə qayğı ilə yanaşdığını və buna önəm verdiyini bildirib.

Türkiyə Prezidenti bu səfər zamanı Fələstin probleminin həlli yollarının gücləndirilməsi istiqamətində addımlar atılacağına ümidvar olduğunu bildirib Bununla belə, o əlavə edib: “Başqa bir mühüm məsələ var ki, o da təbii qaz məsələsindən tutmuş bir çox başqa məsələlərə qədər Türkiyə-İsrail münasibətləri istiqamətində addımların atılmasıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 5 =