Ərdoğan: İfadə azadlığından sui-istifadənin bədəlini Avropa ödəyir

Ərdoğan: İfadə azadlığından sui-istifadənin bədəlini Avropa ödəyir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

 Türkiyə prezidenti, ifadə azadlığı bəhanəsi ilə bəzi medianın İslam əleyhinə yanaşmasını utancverici adlandırdı və bu “çirkin davranışlar” bitməsə, Avropa və bütün bəşəriyyətin bunun əvəzini verəcəyini söylədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün (çərşənbə axşamı) bəzi Avropa mediasında təhqiramiz və İslam əleyhinə məzmunun yayımlanmasını bir daha tənqid etdi.

TRT World-d yayımlanan bir konfransda danışan Ərdoğan beynəlxalq cəmiyyəti dinlərə, müqəddəsllərə və müxtəlif insan qruplarına qarşı “media ifadə azadlığı” adı altında sui-istifadə hallarına son qoymağa çağırdı.

“Medianın azadlığı pərdəsi altındakı bu çirkin davranışın sonu olmazsa, bunun əvəzini Avropa və bütün bəşəriyyət verəcək.” – deyən Ərdoğan bəzi media qurumlarının İslam əleyhinə və ksenofob yanaşmasından təəssüfləndiyini bildirib.

Türkiyə Prezidenti istehzalı və dolayı bir tonda Fransa hökumətinə müraciət etdi: “Cinayətkarları cəzalandırmayan bir hökumət azad bir hökumət olaraq xarakterizə edilə bilməz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 1 =