Ərdoğan İrana gedir

Ərdoğan İrana gedir

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə lideri İran Prezidenti Seyid İbrahim Rəisi və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşdə Ərdoğan və Rəisi birgə ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışacaqlar.

Danışıqlarda terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə də müzakirə olunacaq.

Həmçinin, ölkə liderlərinin gündəmində kritik regional məsələlər də yer alacaq.

Rusiya-Ukrayna müharibəsi, müharibənin yaratdığı enerji və ərzaq böhranı, Cənubi Qafqazın sabitliyi müzakirə olunacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 9 =