Ərdoğan İsrail ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini açıqladı
Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rejimi ilə əlaqələrdən danışıb.
Prezident çıxışı zamanı bu məsələyə toxunub.
O vurğulayıb ki, Türkiyənin İsrail ilə münasibətləri hal-hazırda sadəcə yüksək çinli məmurlar səviyyəsində yaxşı deyil.
“Bizim hazırda İsrail ilə münasibətimiz davam edir. Sadəcə olaraq İsrailin Fələstin siyasətini dəstəkləmirik. Yoxsa istəyərdik ki, İsrail ilə əlaqələri yaxşılaşdıraq”, – deyə Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb.