Ərdoğan İsraillə bağlı HƏDƏFLƏRİ AÇIQLADI

Ərdoğan İsraillə bağlı HƏDƏFLƏRİ AÇIQLADI

Publika.az  “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bizim ortaq hədəfimiz ölkələrimiz arasında ortaq maraqlara və qarşılıqlı həssaslıqlara hörmət əsasında siyasi dialoqun yenidən canlandırılmasıdır”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan Türkiyə-İsrail əlaqələrinin inkişafı və möhkəmlənməsinin regional sabitlik və sülh, eləcə də hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:

“Bölgəmizdə sülh, əmin-amanlıq və birgəyaşayış mədəniyyətinin yenidən bərqərar olmasına töhfə vermək bizim əlimizdədir. Müsbət gündəm vasitəsilə ikitərəfli əməkdaşlığımızı və regional dialoqumuzu inkişaf etdirə bilsək, razılaşa bilmədiyimiz məsələləri həll etmək bizim üçün daha asan olacaq”

İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi və ticari əlaqələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının vacib olduğunu bildirən Ərdoğan sözlərini belə davam etdirib:

“Epidemiyaya baxmayaraq, keçən il ticarət dövriyyəmiz 36 faiz artaraq 8,5 milyard dollara çatıb. İnanıram ki, birgə səylərimizlə 2022-ci ildə bu rəqəmi 10 milyard dollara çatdıracağıq. Mən dövlət başçısına bildirdim ki, biz enerji və enerji təhlükəsizliyi sahələrində həyata keçiriləcək layihələrdə əməkdaşlığa hazırıq. Türkiyənin bu cür layihələri həyata keçirmək üçün təcrübəsi və imkanları var.

Regionumuzda baş verən son hadisələr enerji təhlükəsizliyinin vacibliyini bir daha nümayiş etdirdi. Turizm, elm, qabaqcıl texnologiya, kənd təsərrüfatı, səhiyyə və müdafiə sənayesi kimi sahələrdə ciddi əməkdaşlıq imkanlarımız var. Türkiyə İxracatçılar Assambleyamızın təşkilatçılığı ilə 90 nəfərdən ibarət nümayəndə heyətimiz 5-8 mart tarixlərində İsraildə səmərəli təmaslar keçirib. Biz bu fəaliyyətləri qarşılıqlı şəkildə təşviq etməklə əməkdaşlığımızı daha da gücləndirəcəyik”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 13 =