Ərdoğan: “Moskva ilə C-400 tədarükü üzrə işlər davam edir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskvanın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı işlərinin davam etdiyini, geriyə addımların olmadığını bildirib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
“Proses (tədarük – red.) davam edir, geriyə heç bir addım yoxdur. Kimdən nə alacağımıza özümüz qərar veririk. S-400 tədarüklərimizin arxa planı özümüzdə gizlənən anlayışdır”, – Türkiyə lideri NTV-yə müsahibəsində bildirib.
Rusiya və Türkiyə 2017-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib. Müqaviləyə başqa bir alay dəsti üçün seçim də daxil idi. 2021-ci il avqustun sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan ikinci S-400 alayını almağa şübhə etmədiyini bildirib.
Report.az