Ərdoğan: Qardaş İran xalqına və Fəxrizadənin ailəsinə başsağlığı verirəm
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.
İki ölkə arasındakı münasibətlərin möhməklədilməsi üzrə addımlar, həmçinin regional hadisələr, o cümlədən də Qarabağ məsələsi müzakirə edilib.
Ərdoğan terror nəticəsində iranlı nüvə alimi Möhsün Fəxrizadənin qətlə yetirilməsi ilə bağlı öz dərin təəssüfünü bildirib və qardaş İran xalqına və Fəxrizadənin ailəsinə başsağlığı verib.
Ərdoğan qeyd edib ki, alimə qarşı sui-qəsd regionda sülhün və sakitliyin pozulmasına yönəlib və əlavə edib ki, regionun sabitliyini pozmağı planlaşdıran “qara dairələrin” planları növbəti dəfə iflasa uğrayacaq.