Ərdoğan sionist rejim Prezidentinə başsağlığı verib
Əbu-Dabinin vəliəhd şahzadəsi sionist rejim Prezidentinə anasının vəfatı ilə bağlı başsağlığı verdikdən sonra, Türkiyə Prezidenti də sionist həmkarına başsağlığı verib.
Türkiyə Prezident Adminstrasiyası cümə axşamı gününün son saatlarında Pprezident Rəcəb Tayyib Ərdoğanın sionist həmkarı İshaq Hersoqa başsağlığı verdiyini açıqlayıb.
Türkiyənin “İslam Analizi” saytı bununla bağlı yazıb ki, bu telefon danışığı Türkiyə ilə İsrail arasında münasibətləri normallaşdırmaq üçün edilib.
Bu xəbər BƏƏ-nin rəsmi xəbər agentliyinin (Wam) dünən Əbu-Dabinin vəliəhdinin İshaq Hersoqun anasının vəfatı ilə bağlı sionist rejimin başçısına başsağlığı verdiyini bildirdiyi vaxtda yayılıb.
Əbu-Dabinin vəliəhd şahzadəsi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş komandanının müavini çərşənbə günü telefon danışığında İsrail Prezidenti İshaq Hersoqa anasının vəfatı ilə bağlı başsağlığı verib.
Bundan əvvəl Türkiyə Prezidenti İsrail Prezidenti ilə telefon danışığında “Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətini” vurğulayıb.
Türkiyə Prezidenti Hersoqla əvvəlki təmasda Ankara ilə Tel-Əviv arasında əlaqələrin inkişaf etdiyini bildirib və əlavə edib ki, ikitərəfli münasibətlər regional təhlükəsizlik və sabitlik üçün həyati əhəmiyyət kəsb edir.
Ərdoğan qeyd edib ki, Tel-Əviv və Ankara arasında Fələstin məsələsi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli əlaqələr iqtisadiyyat, ticarət və turizm sahələrində inkişaf edir.