Ərdoğan sionist rejim Prezidentini Fələstinin işğalının ildönümü münasibətilə təbrik edib

Ərdoğan sionist rejim Prezidentini Fələstinin işğalının ildönümü münasibətilə təbrik edib

Türkiyə rezidenti sionist həmkarı ilə telefon danışığında Tel-Əvivin “müstəqilliyin ildönümü” adlandırdığı Fələstinin işğalının ildönümünü təbrik edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sionist həmkarı İshaq Hersoqla telefonla danışıb.

İ24 xəbər saytının bazar ertəsi axşam verdiyi məlumata görə, İshaq Hersoq bu Ramazan bayramı münasibətilə Ərdoğanı təbrik edib. Türkiyə Prezidenti də sionist həmkarını “İsrailin müstəqilliyinin ildönümü” adlandırılan məsələyə görə təbrik edib.

Sionist rejim Prezidentinin ofisinin rəsmi açıqlamasına əsasən, danışıq zamanı Rəcəb Tayyib Ərdoğan bayramın “bölgəyə sevinc, sülh və qəlblərin yaxınlaşmasını” gətirəcəyinə ümid etdiyini bildirib.

Hər iki tərəf telefonla həmçinin “regionda sülhün və sabitliyin qorunması” üçün ictimai dialoqun və onun davam etdirilməsinin vacibliyini müzakirə ediblər.

Bəyanatın digər hissəsində İshaq Hersoq Ərdoğana təşəkkür edib və eyni zamanda bir-biri ilə əməkdaşlığın hər iki tərəfin xeyrinə davam etməsi üçün zəruri olduğunu bildirib.

İbranicə “İsrael Hume” qəzeti ötən həftə yazıb ki, Ankara Təl-Əvivin tələbi ilə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) onlarla üzvünə Türkiyəyə girişi qadağan edib.

Ankara və Təl-Əviv 2018-ci ilin may ayından – Türkiyə sionistlərin Qəzzə zolağına hücumlarının artması və ABŞ-ın keçmiş Prezidenti Donald Trampın səfirliyi Tel-Əvivdən işğal olunmuş Qüdsə köçürmək qərarından sonra – İsrail səfirini ölkədən çıxarmışdı və onların qarşılıqlı səfiri yox idi; Amma artıq bir neçə aydır ki, iki tərəf arasında münasibətlər normallaşıb və Türkiyə və sionist rejim hazırda bütün sahələrdə əlaqələrini inkişaf etdirməyə çalışır.

Hersoqun Türkiyəyə səfəri ərəfəsində Türkiyənin “Hürriyyət” qəzeti Ankaranın təxminən il yarımdır ki, bölgənin bir sıra ölkələri ilə HƏMAS üzvləri üçün yeni yaşayış yerləri tapmaq məqsədilə gizli danışıqlar apardığını yazmışdı.

İki tərəf arasında münasibətlərin normallaşmasından sonra ivrit dilində nəşr olunan “İsrael Hume” qəzeti ötən həftə yazıb ki, Ankara Tel-Əvivin tələbi ilə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) onlarla üzvünə Türkiyəyə girişini qadağan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three − three =