Ərdoğan Türkiyənin işğal olunmuş ərazilərə səfir təyin edilməsi haqqında fərman imzalayıb

Ərdoğan Türkiyənin işğal olunmuş ərazilərə səfir təyin edilməsi haqqında fərman imzalayıb

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fələstindəki keçmiş səfirinin ölkəsinin işğal olunmuş ərazilərə səfiri təyin edilməsi haqqında fərman imzalayıb.

Russia Today-ə istinadla verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sionist rejimlə diplomatik əlaqələri bərpa etdikdən sonra Şaker Özcan Torunların Türkiyənin işğal olunmuş ərazilərə səfiri təyin edilməsi haqqında fərman imzalayıb və bu fərmanın sənədi rəsmi qəzetdə dərc olunub.

Bu xəbərə görə, Türkiyə Prezidentinin rəsmi qəzetdə dərc olunan sərəncamında deyilir: “Xarici Siyasət Məsləhət Şurasının üzvü Şaker Özcan Torunlar Prezidentin 3 nömrəli Fərmanının 2-ci və 3-cü maddələrinə əsasən Türkiyənin İsraildəki səfiri təyin edilib.

Türkiyənin işğal olunmuş ərazilərə səfir təyinatı ilə bağlı diqqət çəkən maraqlı məqam onun daha əvvəl Türkiyənin Fələstində səfiri olmasıdır.

Bu yaxınlarda Türkiyə və sionist rejim səfirlərinin geri çağırılmasına səbəb olan gərgin münasibətlərdən sonra, hər iki tərəfin səfirlərini geri qaytarmaq və ikitərəfli əlaqələr qurmaq barədə razılığa gəliblər.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin işğal olunmuş ərazilərə səfir təyin etmək və Tel-Əvivlə diplomatik münasibətləri bərpa etmək qərarına gəldiyini bildirmişdi. İsrailin baş naziri Yair Lapid də ötən bazar günü İrit Lilianı Tel-Əvivin Ankaraya səfiri təyin etməyə razılaşdığını açıqlayıb.

Bu hadisələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Benyamin Netanyahunu ötən cümə axşamı Knesset seçkilərində ifrat Likud partiyasının liderinin qələbəsi münasibətilə təbrik edərkən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =