Ərdoğan Vaşinqtona müraciət etdi: ABŞ-dakı hadisələrdən utanmırsınız?!

Ərdoğan Vaşinqtona müraciət etdi: ABŞ-dakı hadisələrdən utanmırsınız?!

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün, cümə namazından sonra ABŞ Dövlət Departamentinin Türkiyə ilə bağlı mövqeyinə və Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarına reaksiya verib.

Cümə günü Dövlət Departamentinin sözçüsü Ned Prays, beş il əvvəl Türkiyədəki uğursuz bir  dövlət çevrilişində Vaşinqtonun müdaxiləsinə dair iddiaları rədd edərək, bu cür ifadələrin ikitərəfli münasibətlərə zərər verəcəyini söyləyib.

Vaşinqton, həmçinin İstanbulun Boğaziçi Universitetində tələbə etirazlarına qarşı Türk polisinin zorakılıqlarını da qınayıb.

Türkiyənin TRT telekanalının məlumatına görə, Türkiyə Prezidenti ABŞ Dövlət Departamentinin qeyd olunan məsələrlə bağlı mövqeyinə reaksiya verərək deyib: “ABŞ-da baş verənlərdən utanmırsınız?! İrqçiliyin təməlini necə qoydunuz? Qara dərili bir vətəndaşın polis tərəfindən boğularaq öldürüldüyünü dünyaya necə izah edə bilərsiniz?!”

Rəcəb Təyyib Ərdoğan, fransalı həmkarının Türk qoşunlarının Liviyadan çıxarılması ilə bağlı son tələbinə cavab olaraq, “Deyəsən hələ öyrənməyib! Öyrənmək çox vaxt aparır.” deyə cavab verib.

Ərdoğan həmçinin, Emmanuel Makronun Türkiyə ilə bağlı açıqlamasına reaksiyasında belə deyib: “Makron əvvəl “sarı jiletlilərin” problemini həll etsin!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + ten =