Ərdoğan Yunanıstanla müharibənin mümkünlüyünə münasibət bildirib

Yunanıstan Türkiyənin hava məkanını pozmağa davam edərsə, Ankara lazım olan addımları atacaq.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ölkəsinin Yunanıstanla müharibə etmək kimi dərdi yoxdur, lakin Yunanıstan verdiyi vədlərə əməl etmir.
Apa.az