Ərdoğanın rəqibi bəlli oldu: hər şey ilk turda həll olunacaq?

Ərdoğanın rəqibi bəlli oldu: hər şey ilk turda həll olunacaq?

Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.

Eyni zamanda, qəzet seçicilərin əksəriyyətinin Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana səs verə biləcəyini də istisna etmir. Seçkilərin nəticəsi artıq bəllidir və hər şey ilk turda həll olunacaq. Bu cür proqnozlar müxalifət sıralarında baş verən qarşıdurma ilə bağlıdır.

Müxalifətdə olan “İYİ Partiya”nın lideri Meral Akşener martın 3-də bildirib ki, ittifaq artıq xalqın real maraqlarını əks etdirmir. Fikir ayrılığı ona görə yaranıb ki, daha əvvəl 5 partiya Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini irəli sürmüşdü, İYİ Partiya isə İstanbul və Ankara bələdiyyə sədrləri – Əkrəm İmamoğlu və Mansur Yavaşın namizədliyini müzakirə etmək niyyətində idi.

“İYİ Partiya”nın masadan ayrılması ilə siyasətdə yaranan gərginlik Ankara Böyükşəhər Bələdiyyə Məclisinə də sirayət edib. Partiyanın 2 böyük şəhər məclis üzvü və 2 rayon bələdiyyə məclisi üzvü istefa qərarı verib, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaşın bu istefalardan xəbəri olmadığı iddia edilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də ölkədə ümumi seçkilərin mayın 14-də keçiriləcəyini təsdiqləyib. Ərdoğan özü ikinci müddətə namizəd olacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 6 =