Ərdoğanın son durumu necədir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son durumu açıqlanıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun danışıb:
“O, son dərəcə güclü, qüdrətli, sağlam şəkildə vəzifə başındadır. Allah izn versə, hələ uzun müddət bu ölkəni idarə edəcək”.
Xatırladaq ki, Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Bu səbəbdən verilişə fasilə verilib.
BAKU.WS