“Ərinəl-Əsvəd”in Tel-Əvivə qarşı alovlu bəyanatı: Zərbələrimizdən məəttəl qalacaqsınız

“Ərinəl-Əsvəd”in Tel-Əvivə qarşı alovlu bəyanatı: Zərbələrimizdən məəttəl qalacaqsınız

Ərinəl-Əsvəd müqavimət qrupu alovlu bəyanat dərc etməklə, sionist rejimi yeni şok əməliyyatlar həyata keçirməklə hədələyib.

 Ərinəl-Əsvəd müqavimət qrupu ötən gecə bəyanat yayaraq, sionist rejimi təhdid etmiş, rejimin onların hücumlarının şiddəti və təəccübündən şoka düşəcəyini və məəttəl qalacağını elan edib.

Bu qrup bir neçə gün əvvəl Hebron əyalətində yerləşən “Kəriyat Ərbə” əməliyyatını həyata keçirdikdən sonra verdiyi bəyanatda belə deyib:

 “Şəhid Məhəmməd Əl-Cəbarinin qəhrəmancasına Kəriyat Ərbədə həyata keçirdiyi əməliyyatda sionistlərdən bir neçə nəfərin öldürülməsi və yaralanmasəna səbəb olub. Ərinəl-Əsvəd müqavimət qrupu ayaq üstə bu qəhrəmanı salamlayır.

Bu bəyanatın davamında Əl-Cəbəri ailəsinə başsağlığı və rəğbət ifadə edilərkən “Əbu Aişə” və “Bərəkət Ovdə” kimi digər şəhid ailələrinin də adları çəkilir və vurğulanır: “İşğalçı sionistlər Ərinəl-Əsvədi bitirə biləcəyini zənn etdi, lakin bu düşüncə onları məyus etdi.

Biz sionistlərə deyirik ki, Ərinəl-Əsvəd döyüşçülərinin şöhrətindən, onların zərbələrinin və sürprizlərinin şiddətindən məəttəl qalacaqsınız.

Necə ki, siz şəhid Raid əl-Kərəmiyə sui-qəsd etdiyiniz zaman müqavimət sizi yüzlərlə ölümlə təəccübləndirdi. Hebron, Nablus və Ramullah sizi təəccübləndirəcək və şoka salacaq. Allahın izni ilə bu zərbələrdən sarsılacaqsınız.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =