Ərinəl-Usud qruplaşmasının sionistlərə xəbərdarlığı: Biz evlərinizdə sizin sorağınıza gələcəyik

Ərinəl-Usud qruplaşmasının sionistlərə xəbərdarlığı: Biz evlərinizdə sizin sorağınıza gələcəyik

Ərinəl-Usud müqavimət qrupu sionistləri hədəfə almaq barədə xəbərdarlıq edərkən Fələstində onlara yer olmadığını vurğulayıb.

Fələstinin “Ərinəl-Usud (Bişeh Şiran) müqavimət qrupu bu bazar ertəsi axşam sionist müvəqqəti rejimə qarşı xəbərdarlıq bəyanatı yayıb.

Bu qrup öz Teleqram kanalında bəyanat yayaraq yazıb ki, Qüds-Şərif sakinləri ayağa qalxsa, torpaq işğalçıların ayaqları altında silkələnəcək və onlar təcavüzkar sionistlərin qəlbinə qorxu salacaq.

Bu bəyanatda Ərinəl-Usud qrupları işğal altındakı Qüdsdə son şəhid əməliyyatına işarə edərək, bu cəsur Fələstinli gəncə və bu istiqamətdə addım atanlara salam göndərib.

Bu bəyanata əsasən, sionistlər bilməlidirlər ki, “süd və bal ölkəsi” (Fələstin) bu torpaqda onların cəsədlərinin əti və qanı torpağına çevriləcək. Həmçinin, sizə mesajımız budur ki, bizim torpağımızda sizə yer yoxdur.

Ərinəl-Usud bildirib ki, Fələstində ölü sionistləri dəfn etmək üçün heç bir yer yoxdur: Gəldiyiniz yolla əsil məmləkətinizə qayıdın.

Çünki bu məsələ sizin torpaqlarımızdakı son aqibətinizdən qat-qat yaxşıdır.

Ərinəl-Usud hər küçə və keçid məntəqəsində sizin pusqunuzdadır. Tezliklə evlərinizdə sorağınıza gələcəyik.

Bu qrup Fələstin xalqını birləşməyə və müqavimət əməliyyatları keçirməyə çağırarkən belə deyib:

“Netanyahuya və onun iti Ben Qoyerə deyirik ki, sizin köçkünlərin silahları bizim qüvvələrimizin qəniməti olacaq və həmin silahlarla biz sizinlə mübarizə aparacağıq. Onda kimin kimi mühasirəyə alacağını görəcəyik!”

İslami Cihad hərəkatı bu gün Hebron vilayətində müvəqqəti sionist rejimin əsgərləri tərəfindən güllələnən Nəsim Nəyif Əbu Fudə adlı 26 yaşlı fələstinli gəncin şəhadəti ilə bağlı başsağlığı verib.

İslami Cihad vurğulayıb ki, Qüds, Cənin, Ramullah, Nablus və digər Fələstinin şəhərlərində sionist düşmənin cinayətlərinin davam etdirilməsi bu rejimin faşist kabinetinin razılığı ilə baş verir.

Bu hərəkat bu cinayətlərin yalnız Fələstin xalqının azadlıq və ləyaqət yolunda əzm və dayanıqlığını artırdığını bildirərək, qeyd edib:

Sionist düşmənə mesajımız budur ki, öz (sionist rejim) əsgər və mühacirlərini hədəf alan müqavimət əməliyyatı torpaqlarımızdan və ziyarətgahlarımızdan sionistlər tamamilə qovulmayana qədər dayanmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =