Əş-Şahamın atası oğlunun sionistlərin əli ilə şəhid olmasından danışıb-Video

Əş-Şahamın atası oğlunun sionistlərin əli ilə şəhid olmasından danışıb-Video

Fələstinli gənc Məhəmməd Əş-Şahamın atası oğlunun sionist işğalçı qüvvələr tərəfindən necə qacımasızca qətlə yetirildiyini təsvir edib.

İşğalçı İsrail qüvvələri işğal altındakı Qüdsün Kəfr Əqab qəsəbəsindəki evinə basqın edərək gənc fələstinli Məhəmməd Əş-Şahamı qətlə yetirib.

Oğlunun necə amansızlıqla öldürüldüyünü izah edən bu gənc fələstinlinin atası İsrail xüsusi təyinatlılarının gecə saatlarında evinə basqın etdiklərini və evə girdikdən sonra oğlu Məhəmmədi yaxın məsafədən güllələdiklərini bildirib.

O, əlavə edib ki, işğalçı əsgərlər oğlunu başından güllələyərək 40 dəqiqədən çox yerdə qoyub, başından qan axaraq onun ölümünə səbəb olub.

Fələstin qüvvələri və qrupları bu cinayəti pisləyib və bu cinayətlə bağlı ən qısa zamanda beynəlxalq araşdırma aparılmalı olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + six =