Əs-Sisi: Biz Suriya torpaqlarında hər hansı bir əcnəbinin olmasına qarşıyıq
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Misir Prezidenti bu gün Qahirənin Suriya torpaqlarında əcnəbilərin olmasına qarşı olduğunu vurğuladı.
Kipr paytaxtını ziyarət edən Misir Prezidenti Əbdülfəttah Əs-Sisi çərşənbə günü kiprli həmkarı və Yunanistan Baş naziri ilə görüşdü.
Görüşdən sonra Əs-Sisi, gərginliyin artması və ölkələrin daxili işlərinə müdaxilə siyasətinə qarşı kiprli həmkarı və Yunanistan Baş naziri ilə razılığa gəldiyini söylədi.
Əl-Ərəbiyyə şəbəkəsinin yazdığına görə, Əs-Sisi kiprli həmkarı və Yunanistan Baş naziri ilə keçirdiyi ortaq mətbuat konfransında Qahirənin Suriya torpaqlarında hər hansı bir əcnəbi qüvvəyə qarşı çıxdığını açıqladı. Terrora maliyyə dəstəyi və silah verən ölkələrlə mübarizə aparmağa çağırdı. Əs-Sisi beynəlxalq ictimaiyyəti terrorizmin tərəfdarlarına qarşı məsuliyyəti öz üzərinə götürməyə səslədi.
Misir Prezidenti bu çərşənbə günü səhər Misir, Kipr və Yunanıstan arasında ortaq əməkdaşlığı müzakirə etmək üçün üçtərəfli görüşdə iştirak etmək səbəbilə Kiprin paytaxtı Lefkoşaya getdi.