Əsaibu Əhllil-Həqq: Bütün siyasi qruplar diplomatik qurumlara hücumla müxalifdir

Əsaibu Əhllil-Həqq: Bütün siyasi qruplar diplomatik qurumlara hücumla müxalifdir

İraqdakı Əsaibu Əhllil-Həqq hərəkatının baş katibi vurğulayıb ki, İraqdakı bütün siyasi və milli qruplar diplomatik qurumlara hücuma qarşıdırlar.

Əsaibu Əhllil-Həqq hərəkatının baş katibi Şeyx Qeys Əl-Xəzəli diplomatik qurumlara və mülki obyektlərə hücumlara qarşı çıxmaq məsələsinin mübahisə mövzusu olmadığını vurğulayıb.

O deyib: “Bütün siyasi və milli qruplar diplomatik qurumlara hücumun rədd edilməsində razılaşır.”

Həmçinin, vurğulayıb: “Bəzi müti şəxslər xüsusən də bu həssas vəziyyətdə balansı pozmaq istəyirlər.

Təəssüflər olsun ki, qruplar, siyasi xadimlər və media heç bir sübut olmadan gündəmə gələn konkret partiyalara qarşı açıq və ya üstüörtülü ittihamlarla bu hadisələrdən siyasi məqsədlər üçün sui-istifadə etməyə çalışır.

Şeyx Əl-Xəzali deyib: “Biz hesab etmirik ki, bu üsul vəziyyətin sabitliyi üçün faydalı olacaq və kritik vəziyyətdən çıxmağa kömək edəcək. Biz bütün möhtərəm siyasi qrupları və şəxsiyyətləri milli diskussiyanı birləşdirməyə və ölkənin suverenliyinə xələl gətirən, daxili sülh və təhlükəsizliyi pozan hər şeyi rədd etməyə çağırırıq.

Həmçinin, amerikalı və türk əcnəbilərin hərbi mövcudluğunun davam etməsinə və İraqın suverenliyinin pozulmasına qarşı çıxmağa təkid edirik. ”

İraq hökumətinin “Əl-Aləmul-Əmni” kimi tanınan kəşfiyyat təşkilatı terrorçu qrupların bu gün səhər saatlarında 6 Katyuşa raketi ilə ölkənin obyektlərini hədəf almağa çalışdığını bildirib.

Raketlərin İraq Hava Yollarına məxsus təyyarələrin dayanacağına düşdüyü və iki təyyarənin zədələndiyi bildirilir.

“Əl-Əttarul-Tənsiqi” kimi tanınan İraq Şiə Koordinasiya Komitəsi də bu cümə səhəri Bağdad hava limanına raket hücumunu pisləyib və bunu cinayətkar terror aktı adlandırıb.

Komitə hücumun fitnə-fəsad törətmək və vətən övladlarına qarşı sui-qəsd üçün bəhanə yaratmaq məqsədi ilə həyata keçirildiyini bildirib.

Odur ki, koordinasiya komitəsi bütün qrupları həmrəylik nümayiş etdirməyə və bir-birindən təcrid və zorakılıq yanaşmasından uzaq olmağa, düşmənlərin təhlükəsizliyi pozmaq və vətənin suverenliyinə qarşı çıxmasına mane olmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =