Əsirlikdən azad olunan fələstinli şəhid oldu

Əsirlikdən azad olunan fələstinli şəhid oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Bethlehemdə yaşayan və əsirlikdən azad olunmuş Hüseyn Musalimə adlı bir fələstinlinin Ramallahdakı bir xəstəxanada şəhid olduğunu bildiriblər. Bu fələstinli əsirin şəhid olmasının ardından Bethlehem əyalətində ümumi tətil başlanıb, bütün mağazalar və ticarət mərkəzləri bağlanıb və Əl-Dəhişə düşərgəsində yürüşlər təşkil edilib.

ISNA -nın Fələstin Məlumat Mərkəzinə istinadən verdiyi məlumata görə, Fələstinli Əsirlər və Azad olmuşların İşləri üzrə Mərkəz, Bethlehemdə yaşayan, qan xərçəngi xəstəsi olan əsirlikdən azad olmuş bir fələstinli Hüseyn Musalimənin Ramallahdakı bir xəstəxanada şəhid olduğunu açıqladı.

Bu fələstinlinin əsirlikdə olduğu müddətdə İsrail həbsxana rəhbərliyinin tibbi səhlənkarlığı nəticəsində vəziyyəti daha da pislənmiş, nəhayət şəhid olmuşdur.

Fələstinli əsirləri dəstəkləyən təşkilatlar, Sionist rejimini Müsalimənin şəhadətindən sonra əsirlərə göstərilən tibbi xidmətə qəsdən laqeyd yanaşmaqda günahlandırmışlar.

Müsalimə qan xərçəngindən əziyyət çəksə də, 18 ilini İsrail həbsxanalarında keçirmiş və rejim ona lazımi tibbi xidmət göstərməkdən imtina etmişdi. Bu isə onun vəziyyətinin pisləşməsinə və nəhayət şəhid olmasına səbəb olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 16 =