1 avroya qala almaq mümkündürmü? Finlandiyada reallığa çevrildi

Finlandiyada XVIII əsrin sonlarına aid Kyumeneqorod rus qalası cəmi bir avroya (təxminən iki manat – red.) satılıb.
Yenidənqurmadan sonra qalanın ərazisi mədəni və istirahət məqsədləri üçün istifadə ediləcək.
Uzun müddət bağlı olan qalanı Kotka şəhərinin hakimiyyəti satın alıb.
Bildirilir ki, ərazinin yenidən qurulmasına təqribən 18 mln avro (təxminən 35 mln manat – red.) lazımdır.

