10 min sionist hərbçinin psixoloji yardıma ehtiyacı var
İsrail mediası orduda 10 mindən çox əsgərinin psixoterapiya xidməti almaq üçün müraciətindən xəbər verib..
İRNA-nın verdiyi məlumata əsasən, “Qüds Post” qəzeti İsrailin “Nifqaşim” təşkilatına istinadən verdiyi xəbərdə yazıb: Qəzzadan qayıdan minlərlə əsgər stress və təşviş pozğunluğundan əziyyət çəkir.
Sionist mənbələr bundan əvvəl də Qəzza zolağına qarşı müharibə başlandığı vaxtdan indiyədək 9 min sionist əsgərin psixiatrik xidmət aldığını və onların dörddə birinin müharibəyə qayıtmadığından xəbər vermişdi.
Həmçinin, sionist rejimin mediası ötən ayın 27-də bu rejimin minlərlə polis qüvvəsinin Əl-Əqsa tufanı əməliyyatından sonra istefa vermək və vaxtından əvvəl təqaüd və ehtiyata çıxmaq barədə məlumat yaymışdı.
Kan telekanalı da Qəzza zolağına qarşı quru müharibəsində 2000-dən çox əsgərin psixiatrik kömək aldığını etiraf etmişdi.