100 Səudiyyə imam və xətibi Bin Salman siyasətini dəstəkləmədiyindən vəzifədən azad edilib

100 Səudiyyə imam və xətibi Bin Salman siyasətini dəstəkləmədiyindən vəzifədən azad edilib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyi İxvanul-Müslimin təşkilatını  terrorçu hesab etmədiyinə görə 100 məscid imamı və xətibinin işdən çıxarılması barədə əmr verdi.

Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyi Məkkə və Əl-Qusəym bölgələrindəki 100 məscidin imamı və xətibini İxvanul-Müslimin təşkilatını terrorçu elan etməklə bağlı bəyannaməni oxumaqdan imtina etdiklərinə görə işdən qovdu.

Səudiyyə Ərəbistanının İslam İşləri naziri Əbdül Lətif Ali-Şeyx bütün din xadimlərini və imamları məscidlərdə İxvanul-Müslimin təşkilatının “mənfi təsiri” barədə danışmağa çağırdı.

Din xadimlərinin, müftilərin və məscid təbliğçilərinin təmizlənməsi 2017-ci ildə Məhəmməd bin Salmanın vəzifəyə başladığı andan bəri görünməmiş dərəcədə gücləndi və son məlumatlara görə, Səudiyyə Ərəbistanının 4000-dən çox din xadimi həbsdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 5 =