11 nəfəri ana olmaqla 35 günahsız qadın İsrail əsirliyində
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinli Əsirlərin İşləri üzrə Komitə, 8 Mart Beynəlxalq Qadınlar Günündə İsrail rejiminin onlardan 11 nəfəri ana olmaqla 35 günahsız qadını əsarətdə saxladığını açıqlayıb.
Russia Today xəbər telekanalının ərəb bölməsinin verdiyi məlumata görə, bu komitə, bir bəyanatda İsrailin Fələstin İntifadasının başlanğıcından bəri fələstinli qadınları hədəfə aldığını qeyd edərək, İsrailin 1948-ci ildən bəri 16 mindən çox fələstinlini öz əsarətinə aldığını bildirib.
Bəyanatda belə qeyd olunub: “İsrail fələstinli qadın əsirlərə qarşı istər tibbi səhlənkarlıq, istərsə də fiziki və psixoloji işgəncə ilə insanlıqdan uzaq şəkildə davranır və zaman zaman onları təhqiramiz ifadələrə, fiziki hücumlara və təhdidlərə məruz qoyur. Ailəsi ilə görüşdən məhrum edilmə, ağır cərimələr və təhsildən məhrum edilmələr də bu cinayətlərə bir nümunədir.”