14 milyon dollarlıq heykəl müsadirə olundu

14 milyon dollarlıq heykəl müsadirə olundu

İranın hüquq-mühafizə orqanları qanunsuz olaraq 2000 illik heykəli əldə edən və onu ən azı 14 milyon dollara satmağı planlaşdıran iki qaçaqmalçını saxlayıb.

Bu barədə Tehran polisinin bölmə rəisi, polkovnik Əli Kasempur məlumat verib.

“Polis mədəni irsin mühafizəsi bölmələri ilə birlikdə iki qaçaqmalçını saxlayıb. Onlar polis bölməsinə aparılıblar. Sözügedən heykəl təqsirləndirilən şəxslərdən müsadirə edilib”, – Tehran polisinin mətbuat xidməti polkovnikdən sitat gətirib.

Kasempurun sözlərinə görə, onlar ölkənin cənub əyalətlərindən birində abidəni oğurlayıblar. Heykəlin Parfiya dövrünə aid olduğu güman edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =