14 yaşlı yeniyetmənin məscid və sinaqoqa hücum planı ifşa edildi – ALMANİYADA

14 yaşlı yeniyetmənin məscid və sinaqoqa hücum planı ifşa edildi – ALMANİYADA

Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal torpağından olan yeniyetmənin məscid və sinaqoqa hücum planının üstü açılıb.

O, hətta kustar üsullarla partlayıcı da hazırlayırdı.

Bu barədə Düsseldorf prokurorluğunun terrorçuluqla mübarizə şöbəsinin rəhbəri Markus Kaspers məlumat verib.

Bildirilir ki, 14 yaşlı yeniyetmə “WhatsApp”-da sinif yoldaşını odlu silah və ya bıçaqla məscid və ya sinaqoqa hücum etməyə səsləyib. Bundan başqa, o, həmçinin fişəng vasitəsi ilə kustar üsullah hazırlanmış partlayıcının sınaq partlayışını da keçirib.

Üstəlik qeyd edilir ki, yeniyetmə hələ hücum yeri və vaxtını seçməmişdi. Hüquq-mühafizə orqanlarına onun planları barədə digər məktəblilər məlumat veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − five =