1400 etirazçı Netanyahunun istefasını tələb etdi
1400-ə yaxın insan Qüdsdə İsrail Parlamentinin binası qarşısında baş nazir Benyamin Netanyahunun istefasını tələb edərək etiraz aksiyası keçirib.
Bu barədə “The Times of Israel” məlumat yayıb
Məlumatda qeyd edilir ki, aksiyanı ölkənin cənub rayonlarına hücum zamanı həlak olanların yaxınları təşkil edib. Aksiyanın birinci hissəsi siyasi tələblər olmadan baş tutub. iştirakçılar şamlarla yerə “7.10” (7 oktyabr) yazıb, həmçinin Qəzza zolağında saxlanılan 240 girovun fotolarını hasara yerləşdiriblər.
Etirazçılar Qəzza zolağında müharibənin əleyhinə olduqlarını və atəşkəs tələb etdiklərini bildiriblər.