15 mart islamofobiya ilə mübarizə günü elan edildi – PAKİSTANIN LAYİHƏSİ

15 mart islamofobiya ilə mübarizə günü elan edildi – PAKİSTANIN LAYİHƏSİ

BMT-nin Baş Assambleyasının 193 üzvü Pakistanın təklif etdiyi qətnamə layihəsinin lehinə səs verib.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, layihəyə əsasən 15 mart dünyada  islamofobiya ilə mübarizə günü elan edilib.

Qətnamədə insan hüquqlarına və dini fərqliliklərə hörmətə əsaslanan sülh və tolerantlığın təşviqi üçün beynəlxalq səylərin artırılması tövsiyə olunur.

Qətnamə müəllifləri insanların dini baxışlarına görə zorakılığa mərz qalmasını və ibadət yerlərinə hücumları pisləyirlər.

Sənəddə BMT-yə üzv dövlətlər islamofobiya mübarizə üçün yerli və beynəlxalq səviyyədə tədbirlər təşkil etməyə dəvət olunur.

Qətnamə tövsiyə xarakteri daşıyır.   

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 15 =