156 nəfərin ölümünə nə səbəb olub? – Baş nazir açıqladı

156 nəfərin ölümünə nə səbəb olub? – Baş nazir açıqladı

Publika.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın baş naziri Han Dok Su insidentin səbəblərini açıqlayarkən deyib.

Hökumət başçısı qeyd edib ki, problem kütləvi nizamsızlığın sistemli idarə olunmamasındadır. O əlavə edib ki, hadisənin hansı şəraitdə baş verdiyinin araşdırılması, həm də müvafiq qurumların hərəkət və reaksiyalarının adekvat olub-olmadığını göstərəcək.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi Seulun mərkəzindəki İthevon rayonunda Hellouin bayramı zamanı baş verən izdihamda ölənlərin sayının 156-ya çatdığını açıqlayıb. Ölənlərdən 101-i qadın, 55-i kişi olub. Onlardan 26 nəfəri əcnəbidir, o cümlədən 4-ü rusdur.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + sixteen =