16 yaşlı yeniyetmə “doqquzluq”la rəfiqələrini kapotda gəzdirdi – Video

İrkutsk vilayətində baş verən qeyri-adi hadisə ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, 16 yaşlı yeniyetmə oğlan anasına məxsus VAZ-2109 markalı avtomobili onun icazəsi olmadan götürərək, təhlükəli şəkildə hərəkət edib. Yeniyetmə avtomobilin kapotunda əyləşdirdiyi iki rəfiqəsini də özü ilə gəzintiyə çıxarıb.
Hadisə barədə məlumat verən regional Dövlət Yol Polisi İdarəsi (GİBBD) bildirib ki, yetkinlik yaşına çatmadığı və sürücülük hüququ olmadığı üçün yeniyetmənin barəsində inzibati protokol tərtib edilib. Avtomobilin sahibəsi olan ana isə uşağın nəzarətsiz hərəkətinə görə 30 min rubl məbləğində cərimələnib.
Bu cür davranış həm təhlükəli, həm də məsuliyyətsiz hesab olunur. Qanunvericiliyə əsasən, valideynlər azyaşlıların hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyırlar.