18 il həbsdən sonra sərbəst buraxılan fələstinlinin bitməmiş əzabı

18 il həbsdən sonra sərbəst buraxılan fələstinlinin bitməmiş əzabı

Sionistlər 19 yaşından bəri həbsdə olan 38 yaşlı Hüseyin əl-Musaləmə adlı bir fələstinli məhbusu sərbəst buraxıblar.

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Betlehəm şəhərinin cənubundakı Əl-Xəzr qəsəbəsinin sakini olan Hüseyin əl-Musaləmə 20 il həbs cəzasına məhkum edilmişdi. Hüseyin bu həftə məhkumiyyətinin bitməsinə iki il qalmış sərbəst buraxılıb. Sərbəst buraxıldıqdan sonra o, birbaşa “Soroka” xəstəxanasına yerləşdirilib. Sionistlər Əl-Nəqb həbsxanasında olarkən xəstəxanaya köçürülməsini təxirə salmışdılar. Nəhayət, onun nadir qan xərçənginə tutulduğu və xəstəliyinin çox inkişaf etdiyi ortay çıxmışdı.

“The New Arab” media mərkəzi bu barədə yazır ki, o, ömrünün ən gözəl illərini İsrail həbsxanalarında keçirmiş və xərçəng bütün bədəninə yayıldığı bir halda cəzasının bitməsinə cəmi iki il qalmış sərbəst buraxılıb. Hal hazırda Əl-Musaləmə, Beer-Şeva şəhərindəki Soroka xəstəxanasında reanimasiya şöbəsinin divarları ilə əhatə olunmuş bir otaqda ailəsinin isti qucağında kritik bir vəziyyətdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =