19 illik əsarətdən sonra fələstinli əsir azadlığa çıxdı

19 illik əsarətdən sonra fələstinli əsir azadlığa çıxdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, fələstinli əsir Məcdi əl-Qubeysi Təl-Əviv həbsxanasında 19 illik əsirlikdən sonra cümə axşamı azad edilib.

“Russia Today” veb saytının məlumatına görə, 2002-ci il noyabrın 7-də ikinci intifadanın ortasında İsrail qüvvələri Məcdi əl-Qubeysinin Ramallah bölgəsinin Abovin qəsəbəsindəki evinə basqın edərək, onu həbs etmiş və iki ay müddətində onu ağır işgəncələrə məruz qoymuşlar. Bu müddət ərzində onun təcridxanadan kənara çıxışı və vəkillə əlaqəsi belə olmamışdır. Məcdinin ailəsinə isə uzun illər onunla görüşməyi qadağan etmişlər. Daha sonra İsrail məhkəməsi onu HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasına üzv olmaq və sionistlərə məxsus avtomobilin vurulmasında iştirak etmək ittihamı ilə 19 il həbs cəzasına məhkum etmişdir.

Bu fələstinli əsir həbs olunmazdan əvvəl Birzit Universitetində kompüter mühəndisliyi üzrə dərs deyirmiş. 2008-ci ildə həbsdə olduğu illərdə o, Qurani-Kərimi bütünlüklə əzbərləyə bilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =