19 yaşlı amerikalı bir uşağı və daha iki nəfəri öldürüb

19 yaşlı amerikalı bir uşağı və daha iki nəfəri öldürüb

Amerikada ardıcıl zorakılığın davamında Floridada 19 yaşlı gənc biri uşaq olmaqla üç nəfəri güllələyib.

Amerika mediası və rəsmiləri Florida ştatının Orinc Kanti dairəsindən bildiriblər ki, 19 yaşlı gənc 9 yaşlı uşaq da daxil olmaqla 3 nəfərin ölümünə səbəb olub.

“CNN” və “New York Times” qəzeti cümə axşamı səhər təcili xəbərdə Orinc Kanti dairəsində silsilə atışmalar zamanı 3 nəfərin həlak olduğunu bildirib.

Bu məlumatlara görə, bu silahlı zorakılıq nəticəsində 3 nəfər, o cümlədən 9 yaşlı uşaq və yerli televiziyanın fotoqrafı həlak olub.

ABŞ səlahiyyətlilərinə görə, çərşənbə günü səhər 19 yaşlı Keyt Melvin Moses Orinc dairəsində 20 yaşlı qadını güllələyərək öldürüb.

Bu təcavüzkar bir müddət sonra eyni atışma yerinə qayıdıb və hadisə yerində olan insanlara atəş açıb, nəticədə reportaj hazırlayan yerli mətbuatın əməkdaşı və 9 yaşlı uşaq həlak olub.

Orinc dairəsi komissarının sözlərinə görə, hücum edən şəxs polis tərəfindən tutularaq nəzarətə götürülüb. Keith Melvin Mosesin silah və zorakılıqla bağlı cinayətkar davranış tarixçəsi olduğu deyilir.

Amerika polis rəsmilərinin dediyinə görə, hücumçunun niyə hadisə yerində olan insanları, o cümlədən, müxbiri və 9 yaşlı uşağı hədəfə aldığı hələ də aydın deyil və istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =