1938-ci ildə mobil telefonla danışan qadının kimliyi üzə çıxdı – Şok iddia
1938-ci ilə aid kadrlarda bir qadının “mobil telefon”dan istifadə etməsi yenidən müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri 1938-ci ildə bir qadının mobil telefonla danışdığı anı əks etdirən fotoya diqqət çəkiblər.
Fotoda cihazı əlində tutan və gülümsəyən qadın görünür. Bu da izləyicilər arasında mümkün zaman səyahəti haqqında fərziyyələrə səbəb olub.
Fotonu şərh edənlərdən biri həmin qadının onun ulu nənəsi Gertrud Cons olduğunu iddia edib. O, qadının digər həmkarları ilə birlikdə 1938-ci ildə Massaçusetsdə Dupont şirkəti tərəfindən hazırlanmış eksperimental simsiz telefonları sınaqdan keçirmək üçün dəvət edildiyini bildirib. “Gertrud simsiz telefonu olan bir alimlə danışır”, – deyə həmin şəxs qeyd edib.
İnternet istifadəçiləri xatırladıblar ki, bəhs edilən görüntü daha öncə dəfələrlə gündəmə gəlsə də, səlahiyyətli qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.