2 sionist casusluq ittihamı ilə həbs edilib; İsrail Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edib

2 sionist casusluq ittihamı ilə həbs edilib; İsrail Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edib

İsrail rejiminin mediası sionistləri Türkiyəyə səfərləri ilə bağlı xəbərdar etməklə eyni vaxtda iki nəfərin (biri hərbçi, digəri mülki şəxs) casusluq və çox məxfi məlumatların açıqlanması ittihamı ilə həbs olunduğunu xəbər verib.

İsrail rejiminin “Haaretz” qəzeti məlumat sızdırmaq və casusluq ittihamı ilə rejimin hərbi kəşfiyyat xidmətinin bir əməkdaşının başqa bir şəxslə birlikdə həbs edildiyini bildirib.

Sionist medianın məlumatına görə, “Əman” hərbi kəşfiyyat bölməsində bu ehtiyatda olan hərbçiyə qarşı ittihamların siyahısı hazırlanıb və bu siyahıda çox məxfi və çox mühüm məlumatların toplanması və sızdırılması ittihamı yer alıb.

İkinci saxlanılan şəxs bu məxfi məlumatı alıb dostları ilə paylaşan və ya kütləvi informasiya vasitələrində onu yayan şəxsdir. Bundan əlavə, daha bir şübhəli şəxs də həbs edilib və hazırda dindirilir və bu istiqamətdə  araşdırmalar davam etdirilir.

Tel-Əviv Türkiyədə yaşayan sionistlərdən təcili olaraq Türkiyəni tərk etməyi tələb edib.

İsrailin Xarici İşlər naziri Yair Lapid israilliləri Türkiyəyə səfər etməməyə və oradakı sionistləri tez bir zamanda Türkiyəni tərk etməyə çağırıb.

Sionist jurnalist Barak Ravid heç kimin adını çəkmədən yüksək rütbəli bir İsrail rəsmisinə istinadən bildirib ki, rejim İsrail Xarici İşlər nazirinin misli görünməmiş tələbi ilə bağlı Türkiyəni məlumatlandırıb.

Onun sözlərinə görə, türk rəsmiləri Lapidin xəbərdarlığına etiraz etməyib, onların vəziyyətini yaxşı başa düşdüklərini və buna ciddi yanaşdıqlarını bildiriblər.

İsrailin Xarici İşlər naziri iddia edir ki, bu qərar sionistlərə qarşı İranın “terror aktları!” törətmək cəhdlərinə uyğun olaraq alınıb.

Bu iddia ötən həftə Tel-Əviv rejiminin Xarici İşlər Nazirliyi tərəfindən təkrarlanıb və sionistləri lazım gələrsə Türkiyəyə səfər etməməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − six =