20 gün ərzində 8 yəmənli uşaq şəhid olmuş və 33 nəfər isə yaralanıb

20 gün ərzində 8 yəmənli uşaq şəhid olmuş və 33 nəfər isə yaralanıb

UNICEF-in Yəməndəki nümayəndəsi Filip Dumil, Əbül Rəbbuh Mənsur Hadinin rəhbərlik etdiyi istefa vermis Yəmən hakimiyyəti ilə Yəmən ordusu qüvvələri arasında Taiz və əl-Hudeyda da daxil olmaqla müxtəlif bölgələrdə şiddətlənən döyüşlərdə səkkiz uşağın öldüyünü və 33 nəfərin yaralandığını söyləyib.

Dumil, Bu hücumları şiddətlə qınayırıq, deyərək bir çox uşaq və ailənin bu qarşıdurmaların qurbanı olduğunu, bidirib.

Russia Today xəbər verir ki, BMT rəsmisi, Taizdəki bir məktəb və bir xəstəxananın da bu hücumlarda hədəfə alındığını qeyd edib.

Dumil, Yəmənin mərkəzində yerləşən Marib də daxil olmaqla digər vilayətlərdə də bir neçə uşağın yaralandığını əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı altı ildir, ABŞ-ın dəstəklədiyi ərəb koalisiyasının başında, Yəmənə qarşı hərbi təcavüzünü davam etdirərək minlərlə yəmənlinin öldürülməsi və yaralanmasına, milyonlarla insanın didərgin düşməsinə, ölkənin infrastrukturunun məhvinə, aclıq və yoluxucu xəstəliklərin artmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 14 =