2019-cu ildən bəri ilk dəfə: Yaponiya və Çin bu məsələni müzakirə etdilər

2019-cu ildən bəri ilk dəfə: Yaponiya və Çin bu məsələni müzakirə etdilər

Publika.az xəbər verir ki, görüş Tokioda xarici işlər nazirləri və müdafiə rəsmiləri səviyyəsində baş tutub.

Danışıqlar zamanı Yaponiya xarici işlər nazirinin baş müavini Şiqeo Yamada Pekinin Şərqi Çin dənizində hərbi fəaliyyətini gücləndirməsindən və Rusiya ilə əməkdaşlıqdan, eləcə də Çinin “casus balonlarından” narahat olduğunu bildirib .

Çinin xarici işlər nazirinin müavini Sun Veydonq da öz növbəsində Yaponiyanın bu yaxınlarda qəbul etdiyi təhlükəsizlik və müdafiə sənədləri məsələsini qaldırıb, həmçinin Tokionun regiondankənar güclərlə əlbir olaraq Tayvanla bağlı “mənfi hərəkətləri”nə qarşı xəbərdarlıq edib”, – yapon mediası yazır.

Çin və Yaponiya arasında diplomatik münasibətləri bir sıra mübahisəli məsələlər, o cümlədən Tayvan məsələsi, Senkaku adaları üzərində ərazi mübahisəsi, Tokionun ABŞ ilə sıx əlaqələri və digər məsələlər mürəkkəbləşdirir. Xüsusilə, 2022-ci il dekabrın ortalarında qəbul etdiyi əsas müdafiə sənədində Yaponiya “Tayvan boğazında sülh və sabitliyi”nin vacibliyini vurğulayıb və düşmən bazalarını hədəfə alma qabiliyyətini nəzərdə tutan cavab zərbələri imkanlarını bəyan edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + ten =