2020-ci ildə İsrail rejimində əsgərlərin hər üçündən biri intihara əl atıb

2020-ci ildə İsrail rejimində əsgərlərin hər üçündən biri intihara əl atıb

Sionist rejimin Haaretz qəzeti 2020-ci ildə həyatını itirən sionist əsgərlərin üçdə birinin ölümünün intiharla əlaqəli olduğunu açıqlayıb.

Deyerler.org xəbər verir ki, İsrail rejiminin ordusunun insan resursları mərkəzinin statistikası göstərir ki, 2020-ci ildə həyatını itirən əsgərlərin təxminən üçdə biri intihar edib.

Hesabata görə, 2020-ci ildə xidməti müddətində həyatını itirən 28 sionist əsgərdən doqquz nəfəri intihar edib, bunlardan ikisi intihar etməzdən əvvəl hərbi qurumdan kömək istəyib.

Haaretz qəzeti 13 sionist əsgəri xidməti vəzifəsini yerinə yetirərkən təlim, yol qəzası və ya qəza zamanı, 5-i xəstəlikdən və 1 əsgərin İordan çayının qərb sahilində xidməti vəzifəsi əsnasında öldüyünü bildirib.

Həmçinin 2020-ci ildə hücumlar, qəzalar və ya xəstəlik nəticəsində 40 sionist əsgər yaralanıb.

İsrail rejiminin ordusu son illərdə sionist hərbçilər arasında orta hesabla intihar nisbətini azaltmaq üçün çalışdığını bildirib.

Sionist silahlılar 2020-ci ildə İsrail rejiminin ordusundakı məğlubiyyətlər və baş nazir Binyamin Netanyahuya qarşı etirazlara görə intihar ediblər. Bir halda, sionist mediası 21 dekabr 2020-ci ildə Qolan briqadasının komandiri Ayub Kyufun Qudumim qəsəbəsinin kəsişməsində gənc fələstinlini vurmaqdan imtina etmiş əsgərə töhmət verdiyini bildirib.

Sionist mediası Molotov kokteyli atan gənc fələstinlinin hədəfində olan sionist əsgərin döyüş vaxtı yaralandığı və şok keçirdiyi üçün onu vurmaqdan imtina etdiyini bildirib.

Məlumata görə, sionist hərbçilərin psixoloji təzyiqi müqavimətin təhdidlərinə görə davam edir, xüsusən Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın bu yaxınlarda etdiyi çıxışında bu hərəkatın qüvvələrindən birinin şəhid olmasına cavab güclü olaraq qalır və sionistlər cavabı gözləməlidirlər deməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + nine =