2020-ci ildə Yəmən Səudiyyə rejiminin koalisiyasına qarşı 253 raket atıb və 974 əməliyyat keçirib

2020-ci ildə Yəmən Səudiyyə rejiminin koalisiyasına qarşı 253 raket atıb və 974 əməliyyat keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin koalisiyasının hücumları ilə yanaşı, Yəmən ordusu və inqilabi xalq komitələrinin uğurları ilə bağlı statistik heesabatlı mətbuat konfransı keçirib.

Deyerler.org xəbər verir ki, Əl-Məsirənin yazdığına görə, 2020-ci ildə Yəmən müharibəsindəki proseslər və tendensiyalar haqqında hesabatı təqdim edən general-mayor Yəhya Sərii, Səudiyyə rejiminin koalisiyasının son bir ildə 13 Yəmən vilayətinə 410 PUA olmaqla ümumilikdə 8.888-dən çox hava hücumu edib.

Sözçü təkcə Məarib vilayətinin 3621 dəfə hava hücumlarına məruz qaldığını söyləyib. Son aylarda Marib şəhərinin ətrafında güclü döyüşlər gedib. Əl-Cəvf vilayətinə 1981 və Saada vilayətinə isə 726 dəfə hava zərbələri endirilib.

Yəhya Sərii Əl-Hudeyda vilayətindəki hücumlara və yüzlərlə atəşkəs razılaşmasının pozulmasına da toxunub və cümə axşamı Əl-Hudeydadakı toy mərasiminə qarşı edilən artilleriya hücumunu xatırladaraq, belə danışıb: “2020-ci ildəki hava hücumları yüzlərlə insanın ölümünə səbəb oldu və dövlət əmlakına böyük ziyan vurdu”.

O, daha sonra Səudiyyə rejiminin koalisiyasının davamlı hücumları və cinayətlərinin Yəmən Silahlı Qüvvələrin Səudiyyə rejiminin torpaqlarının dərinliklərinə və Yəmən torpaqlarındakı mövqelərinə hücumlar təşkil etməsinə və son bir ildə Səudiyyə rejiminin koalisiyasına qarşı 974-dən çox hərbi əməliyyatla nəticələndiyini söyləyib. Bunlardan ən gözə çarpanları Bunyən Əl-Marsus əməliyyatı, “Fə əmkənə minhum” və Qifa bölgəsindəki təmizləmə əməliyyatı idi: “Əməliyyat zamanı Səudiyyə rejiminin koalisiyasının yüzlərlə üzvü Yəmən qüvvələrinə təslim oldu. Eyni zamanda koalisiyanın 6467-dən çox üzvü öldürüldü, 8899-dan çoxu yaralandı. Həmçinin Səudiyyə rejiminin koalisiyasının 1090-dan çox avtomobili, personal daşıyıcısı, tankı və hərbi texnikası məhv edildi”.

General-mayor Yəhya Sərii raket hücumları haqqında təqdim etdiyi hesabatında bunları qeyd edib: “Düşmən Səudiyyə rejiminin hədəflərinə 253 ballistik raket atıldı, bunlardan 178 ballistik raket Səudiyyə rejiminin koalisiyasının Yəməndəki mövqelərini və bazalarını hədəfə alıb və 75 ballistik və qanadlı raketlər Səudiyyə rejiminin ərazilərinin dərinliyinə atılıb, onlardan: 20 Badr P raketi, 30 Bədr 1 raketi, 7 Qüds qanadlı raketi, 6 Zülfiqar raketi və hələ xüsusiyyətləri açıqlanmayan 12 raket idi.

Raket gücünün, xüsusən kritik obyektlərə lazımlı reaksiya vermək və yüksək ziyan vurma qabiliyyətini sübut etdiyini vurğulayan Sərii, Yəmən Silahlı Qüvvələrinin Səudiyyə rejiminin torpaqlarının dərinliklərində daha çox obyekti hədəfə ala bilən ballistik və qanadlı raketlərinin olduğunu bildirib: “Səudiyyə rejimində hər an hədəfə alına bilən 10 mühüm nöqtə var və komandirlər qərar verərsə, bu 10 hədəfi 24 saatdan az bir müddətdə unikal hücumlarla məhv edə bilərik”.

Bu tarixi mərhələdə Yəmənin raket gücü Yəmən xalqının qürur mənbəyidir.

2020-ci ildə Səudiyyə rejiminin koalisiyasının mövqelərinə qarşı 5613-dən çox hücum və kəşfiyyat əməliyyatı aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 1 =