2021-ci ildə sionistlər tərəfindən güllələnən 78 fələstinli uşaq şəhid olub
Birləşmiş Millətlər Təşkilatının baş katibi hesabatında 2021-ci ildə 78 fələstinli uşağın şəhid olmasından, 982 uşağın isə yaralanmasından bəhs edib.
BMT-nin baş katibi Antonio Quterreş illik hesabatında vurğulayıb ki, sionist rejim 2021-ci ildə işğal olunmuş ərazilərdə 78 fələstinli uşağın şəhid olması və 982 uşağın yaralanmasına görə məsuliyyət daşıyır.
Bu hesabatda keçən il 4 ərəb ölkəsi olmaqla 21 ölkədə 19 minə yaxın uşağın zorlama və cinayətə məruz qaldığı və bu ölkələrdən birinin Fələstin olduğu bildirilir.
Birləşmiş Millətlər Təşkilatının baş katibi xəbərdarlıq edib ki, bu vəziyyət 2022-ci ildə də davam edərsə, qarşıdakı hesabatda sionist rejim təşkilatın rüsvayçılıq siyahısına daxil ediləcək.
Qeyd edək ki, son onilliklərdə sionist rejim Fələstin torpaqlarını işğal etdikdən sonra bu torpaqlar üzərində saxta nəzarətini gücləndirməyə və sabitləşdirməyə çalışıb.
Fələstinli uşaqların, gənclərin, qadınların və kişilərin qırğını və öldürülməsi sionistlərin Fələstin xalqını məhv etmək kimi əsas məqsədlərinə nail olmaq üçün ciddi şəkildə gündəmlərinə qoyduğu həll yollarından biridir.
Buna baxmayaraq, sionist rejimin son onilliklərdəki hərəkətləri Fələstin müqaviməti ilə qarşılaşıb.
Qəzzə, İordan çayının qərb sahili, Qüds və 1948-ci ilin işğal olunmuş ərazilərində fələstinlilər arasında müqavimət ruhunun dirçəldilməsi onlarla başqa gəncin də müqavimət yolu ilə getməsinə və sionist layihələrin həyata keçirilməsinin qarşısını almasına səbəb olub.
Bu məsələ sionistlərin hədəflərini dalana dirəyib və Fələstin xalqının öz əcdadları torpağında mövcudluğunu hər zamankından daha güclü və hiss olunan hala gətirib.