21 iranlı məhbus Azərbaycan Respublikasından vətənlərinə ekstradisiya olunacaq

21 iranlı məhbus Azərbaycan Respublikasından vətənlərinə ekstradisiya olunacaq

İranın Bakıdakı səfirinin sözlərinə görə, yaxın günlərdə 21 iranlı məhbus Azərbaycan Respublikasından öz vətənlərinə ekstradisiya ediləcək.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi yaxın günlərdə bir sıra iranlı məhbusların öz ölkələrinə təhvil verilməsini elan edib və deyib:

Xarici İşlər nazirimiz Dr. Əmir Abdullahiyanın Azərbaycan Respublikasına səmərəli səfəri İran İslam Respublikasının səfirliyinin məsələni təqibi və Azərbaycan Respublikası rəsmilərinin köməyindən sonra 21 iranlı məhbus yaxın günlərdə vətənlərinə təhvil veriləcək.

Musəvi əlavə edib: “Bu məhbuslardan üçü qadındır və onların təhvil verilməsi ilə artıq bu ölkənin həbsxanalarında heç bir iranlı qadın qalmayacaq və ümid edirəm ki, bu ölkədəki məhbus siyahısına gələcəkdə heç bir iranlı qadın əlavə edilməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 11 =