220 qadın hərbi təlimə cəlb ediləcək
Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, Tayvanda Çinin hücumlarına qarşı təşkil olunan təlimlərə qadınların da cəlb edilməsi nəzərdə tutulur.
Tayvan Müdafiə Nazirliyi bu ilin ikinci rübündə 220 qadının təlim keçəcəyini bildirib.
Məlumat üçün bildirək ki, Tayvan, həmçinin, ötən ilin dekabr ayında kişilər üçün məcburi hərbi xidmət müddətinin 2024-cü ildən etibarən 4 aydan 1 ilədək artırılması haqda qərar verib.
Bu qərarın 2005-ci ildən sonra doğulanlara da şamil ediləcəyi açıqlanıb.
Publika.az