23 illik əsirlikdən sonra azad edilən fələstinli bir neçə saat sonra yenidən həbs edilib

23 illik əsirlikdən sonra azad edilən fələstinli bir neçə saat sonra yenidən həbs edilib

23 illik əsirlikdən sonra azad edilən fələstinli məhbus həmin gün sionist qüvvələr tərəfindən yenidən həbs edilib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist rejim çərşənbə axşamı Hebron şəhərinin sakini, 23 illik əsirlikdən sonra azad edilmiş məhbus Nəbil Məsaləməni (51 yaşlı) həbs edib.

Məsaləmə 2000-ci ildə İsrail hərbçiləri tərəfindən həbs edilmiş və 23 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bundan əvvəl 1987, 1989, 1990, 193, 1994 və 2000-ci illərdə sionist rejim tərəfindən saxlanılıb.Bu fələstinli ömrünün 27 ilini dəmir barmaqlıqlar arxasında keçirib.

İsrail işğalçıları bu fələstinli məhbusu çərşənbə axşamı azadlığa çıxdığı ilk anda yenidən həbs edərək ailəsinin sevincini gözündə qoyub.

Radikal Netanyahu kabinetinin yaradılması ilə fələstinli məhbusların vəziyyəti daha da pisləşib və sərtliklər güclənib. Bu günlərdə sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Guyer bir nazir kimi ilk dəfə olaraq bu rejimin həbsxana təşkilatının rəsmiləri ilə görüşüb.

İtmar işğal olunmuş ərazilərdəki Ən-Nəfha həbsxanasında olarkən deyib ki, burada olmasının səbəbi fələstinli məhbuslara qarşı sərt tədbirlərin gücləndirilməsinə əmin olmaqdır.

Sionist rejimin daxili təhlükəsizlik naziri daha sonra deyib: İsrail Həbsxanalar Təşkilatının həmişə fələstinli məhbusların zindan şəraitini pisləşdirməyə çalışan məsullarını görməkdən məmnunam!

Bu görüşdən sonra Ben Guyer Twitter-də yazıb: “Mən bu məsələyə diqqət yetirməyə davam edəcək və eyni zamanda ölüm cəzası qanununun qəbulu üçün çalışacağam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =