24 saat ərzində Qüds və İordan çayının qərb sahilində 15 Fələstin müqavimət əməliyyatı keçirilib

24 saat ərzində Qüds və İordan çayının qərb sahilində 15 Fələstin müqavimət əməliyyatı keçirilib

Media mənbələri bildiriblər ki, təkcə son 24 saat ərzində Qüdsdə və İordan çayının qərb sahilində sionist əsgər və mühacirlərə qarşı 15 Fələstin müqavimət əməliyyatı həyata keçirilib.

“Muti” Fələstin İnformasiya Mərkəzi bir hesabatda son 24 saatda İordan çayının qərb sahili və Qüdsdə 15 müqavimət əməliyyatı müşahidə etdiyini bildirib. Bunlardan üçü atışma əməliyyatı, mühaçirlərin avtomobillərinin məhv edilməsi və Qüds də daxil olmaqla Ramullah, Tubas, Qəlqiliyyə, Cənin, Beyti-Ləhm və Hebronda baş verən toqquşmalardır.

Fələstinlilərin Cəninin Əz-Zəbadə qəsəbəsində keçirdiyi əməliyyat zamanı müqavimət döyüşçüləri işğalçı qüvvələrə atəş açıb və onlarla toqquşub. İşğalçılarla bu münaqişə və atışma Tubasın Əqaba qəsəbəsində də baş verib. Sionistlərin Hebronun “Kermi Tsur” qəsəbəsindəki sionist işğalçıları da atəşə məruz qalıb.

Verilən məlumata əsasən, fələstinli gənclər Qəlqiliyyənın şərqindəki Azun qəsəbəsində sionist mühacirlər tərəfindən təcavüzün qarşısını alıb və onların maşınlarını aşırıblar.

Muti İnformasiya Mərkəzi 2022-ci il ərzində əksəriyyəti əsgər olan 31 sionistin öldürüldüyünü, 525 nəfərin isə yaralandığını yazıb.

2022-ci il ərzində 848 atışma, 37 bıçaq əməliyyatı, bıçaqla hücum cəhdi, 18 pusqu və ya hücum cəhdi və sionist işğalına qarşı eyni vaxtda iki partlayış olmaqla 12 min 188-dən çox müqavimət əməliyyatı həyata keçirilib.

Müvəqqəti Sionist rejimin rəsmi məlumatları göstərir ki, ötən ilin mart ayından etibarən sionistlərin silah daşımaq üçün lisenziya almaq tələbi kəskin şəkildə artıb.

Sionist “İsrail-12” jurnalı ötən mart ayında fələstinli gənclərin şəhadət əməliyyatları dalğasının başlamasından bu yana 35 min israillinin silah daşımaq üçün lisenziya almaq müraciəti etdiyini bildirib.

Bu arada, 2016-2020-ci illər arasında hər il 10 min insan lisenziya almaq üçün müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =